İtaliya

İbrahimoviç qovulan məşqçidən üzr istədi

“Milan”ın sabiq hücumçusu, klub sahibini müşaviri vəzifəsində çalışan Zlatan İbrahimoviç baş məşqçi Paulo Fonsekanın istefaya göndərilməsinə münasibət bildirib.

Bundan əvvəl Fonsekanı “Porto”nun sabiq baş məşqçisi Serxio Konseysaonun əvəzlədiyi məlum olub.

“Milanda olduğu müddətdə Fonsekaya peşəkarlığına görə təşəkkür etmək istəyirəm. İşdən çıxarılma səbəbi? Gözlədiyimiz nəticəni əldə edə bilmədik. “Roma” ilə oyundan sonra qərarı vermişdik, ona görə də onun mətbuat konfransında iştirakına icazə vermək səhv idi. Biz Paulodan üzr istəyirik”, – deyə İbrahimoviçin sözlərini jurnalist Nikolo Şira sitat gətirib.

Aut.az