İtaliya

Daha bir Avropa nəhəngi Ardanı hədəfə aldı

“Real”ın yarımmüdafiəçisi Arda Gülər daha bir nəhəng klubun maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, “Milan” türkityəli futbolçunu transfer siyahısına əlavə edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, İtaliya klubu futbolçunu quru icarəyə götürmək istəyir. “Real” bu variantdan razıdır.

Daha əvəvl Gülərlə “Tottenhem” və “Bayer”in də maraqlandığı bildirilirdi.

Keçən yay “Fənərbağça”dan “Real”a keçən Gülər ​​Madrid klubunun heyətində bütün yarışlarda cəmi 4 oyuna çıxıb və cəmi 89 dəqiqə meydanda olub. 18 yaşlı türk yarımmüdafiəçinin bu qədər az oyun keçirməsi daha çox zədələrlə bağlıdır.