FİFA-nın cəzasına belə reaksiya verdi: Bir daha heç kimi…
Argentina millisinin qapıçısı Emiliano Martinez FİFA-nın ona iki oyunluq cəza kəsməsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, dünya çempionu sosial şəbəkə hesabında bu sözləri yazıb:
“Mən FİFA sanksiyalarını qəbul edirəm və kimisə incitmişəmsə, üzr istəyirəm. Bir sevinc anı bir çox uşaqları güldürmək üçün bir səbəbdir. Heç kimə hörmətsizlik etməməkdir. Heç vaxt kiməsə hörmətsizlik etmək niyyətim olmayıb, insanlar tərəfindən yaxşı qarşılanan jestin təhqiramiz olduğunu başa düşmədim. Amma bir daha heç kimi incitməməyə çalışacağam və yalnız Argentina və “Aston Villa” ilə titul qazanmağa diqqət yetirəcəyəm”.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyaya məğlubiyyətdən (1:2) sonra ona yaxınlaşan televiziya operatorunun kamerasını itələyib.
Qeyd edəkd ki, Martinez DÇ-2026-nın seçmə mərhələsində Venesuela və Boliviya ilə keçiriləcək oyunlarda iştirak etməyəcək.
Aut.az
