Dünya futbolu

Siz fransızlar çox darıxdırıcısınız: Enrike bu sualdan bezdi, əsəbiləşdi

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa nəhənginin sabiq hücumçusu Kilian Mbappe ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Aut.az xəbər verir ki, Enrikenin sözlərini “RMC Sport” sitat gətirib.

“Mən sizə deyə bilərdim ki, siz fransızlar çox darıxdırıcısınız. Mbappe PSJ forması geyinən futbolçu deyil. Mən yalnız PSJ-də oynayan oyunçular haqqında danışıram”, – Enrike bildirib.

Aut.az