Flik bu mükafatı qazana biləcək?
La Liqanın mətbuat xidməti ayın məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, avqustun nəticələrinə əsasən, mükafat uğrunda üç mütəxəssis mübarizə aparır. Bunlar Hans-Diter Flik (Barselona), Luis Qarsiya Plaza (Alaves) və Marselinodur (Vilyarreal).
“Barsa” avqustda keçirdiyi 4 oyunun hamısında qalib gəlib. Yayın son ayında 3 oyun keçirən “Alaves”in aktivində 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. “Vilyarreal” isə 2 dəfə qalib gəlib və eyni sayda heç-heçə edib.
Qeyd edək ki, qalib azarkeşlərin sorğusuna və ekspertlərin rəyinə əsasən müəyyənləşəcək.
Aut.az
