Güləş

Qurban Məcnunov dünya çempionatındakı ilk görüşündə qələbə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

Aut.az xəbər verir ki,  55 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qırğızıstanlı Alixan Minazarovla üz-üzə gəlib.

Q.Məcnunov rəqibini 9:1 hesabı ilə üstələyib.