Arda Turan təsdiqlədi: “Şaxtyor” Londonu seçib
“Şaxtyor” Çempionlar Liqasının əsas mərhələsinin ev oyunlarını nominal olaraq Londonda keçirəcək.
Aut.az xəbər verir ki, “Suspilne Sport” qəzetinin verdiyi məlumata görə, bu məlumatı “Şaxtyor”un baş məşqçisi Arda Turan “Bursaspor”la yoldaşlıq oyunundan sonra təsdiqləyib.
“Görünür, Avropa oyunlarımızı Londonda keçirəcəyik. Həqiqətən də Türkiyədə oynamaq istəyirdik, amma UEFA-nın qaydaları bizə çox təzyiq göstərir. Həmçinin hər kəsi Londonda görməyi səbirsizliklə gözləyirik”, – Turan bildirib.
Lakin məşqçi “Şaxtyor”un Avropa Kuboku oyunlarını hansı stadionda keçirəcəyini dəqiqləşdirməyib.
Daha əvvəl bildirilmişdi ki, “Şaxtyor ” 2026/27 mövsümündə Çempionlar Liqasının oyunlarını keçirmək imkanı ilə bağlı Londonun “Çelsi”, “Fulhem” və “Brentford” klubları ilə danışıqlar aparır.
Aut.az
