Digər

“Plyuşenko mələkləri”nin Azərbaycandakı təlim-məşq toplanışı başa çatdı

Fiqurlu konkisürmə üzrə məşqçi Yevgeni Plyuşenko Azərbaycandakı təlim-məşq toplanışının başa çatdığını elan edib.

Aut.az xəbər verir ki, ikiqat Olimpiya çempionu bu barədə “Telegram”  kanalında yazıb:

“Azərbaycanda “Plyuşenko mələkləri”nin təlim-məşq toplanışı başa çatdı! Moskvaya gedirik! Çalışmaq, çalışmaq və daha çox iş!”

Plyuşenkonun paylaşdığı şəkildə oğlu Aleksandr Plyuşenko, eləcə də Yelena Kostyleva, Veronika Jilina, Alyona Kostornaya və əri Georgi Kunitsa yer alıblar.

Qeyd edək ki, Plyuşenkonun oğlu, 13 yaşlı Aleksandr Azərbaycan idman vətəndaşlığını alıb və ölkə adından yarışacaq.

Aut.az