Digər

Plyuşenko Bakıda ev axtarır: Dəniz kənarındakı malikanəni bəyəniblər

Yana Rudkovskaya və Yevgeni Plytuşenko Azərbaycanda mənzil axtarırlar.

Aut.az xəbər verir ki, prodüser Bakıda keçirilən tədbirdə artıq variantlardan birini nəzərdən keçirdiklərini etiraf edib. Onun sözlərinə görə, bu, dənizdən ikinci xətdə yerləşən malikanədir.

Rudkovskaya aydınlıq gətirib ki, Plyuşenko üçün ev almaq prioritet idi və təklif oğulları Aleksandra da xoş gəlib: yeniyetmə dərhal özünə otaq ayırıb.

Qeyd edək ki, Plyuşenkonun oğlu vətəndaşlığını dəyişib və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək.

Aut.az