Qaydasız döyüş

O qələbədən sonra Həbiblə İslam Zaynukova nə deyiblər?

Dağıstanlı döyüşçü (70 kq-a qədər) Maqomed Zaynukov ulduz komanda yoldaşları Həbib Nurməhəmmədov və İslam Mahaçevin onun təşkilatdakı debütünə reaksiyasından danışıb.

Aut.az xəbər verir ki, Əbu-Dabidə (BƏƏ) keçirilən “UFC Fight Night 282” turnirində Zaynukov polşalı Damian Repetski üzərində yekdil qərarla qələbə qazandı.

“ Qəfəsdən çıxan kimi zəng etdilər, danışdıq… Həbib dedi: “Yaxşı döyüş idi, möhtəşəm, amma bir zərbəni buraxdın”. Və onlar güldülər. İslam da məni təbrik edərək dedi: “Əla, çox möhtəşəm döyüş”.

Onlar bilirdilər… Onlar elə bilirdilər ki, döyüş məhz elə belə də olacaq”, – Zaynukov mətbuat konfransında deyib.

Aut.az