Dünya futbolu

Bu liqada su fasiləsi oyunçuları qəzəbləndirdi: Ölkədə qışdır – FOTO

Argentinada DÇ-də sınaqdan keçirilən su fasilələrini  yerli liqalarda tətbiq etmək qərarına gəliblər.

Aydındır ki, DÇ-də olduğu kimi, oyunçuların sağlamlığı ilə bağlı heç bir narahatlıq yoxdur: bu, sırf kommersiya xarakterlidir.

Aut.az xəbər verir ki, lakin yerli futbol qurumları bir vacib detalı unudublar: hazırda Argentinada qışdır və gündüz temperatur normaldır.

Məsələn, “Atletiko Tukuman” və “İndependyente” arasında keçirilən matçda hava təxminən 23 dərəcə Selsi, rütubət isə 78% idi.

Oyunun 28-ci dəqiqəsində hakim su fasiləsi üçün fit çalanda, futbolçular qəzəbləniblər. Üstəlik, hakim bunu bir komandanın hücumu zamanı edib. Oyunçular hakimi mühasirəyə alaraq narazılıqlarını bildirsələr də, sonda qərarla razılaşmalı olublar.

Aut.az

Bu liqada su fasiləsi oyunçuları qəzəbləndirdi: Ölkədə qışdır – FOTO
Bu liqada su fasiləsi oyunçuları qəzəbləndirdi: Ölkədə qışdır – FOTO