“Yuve”dən dünya çempionu ilə bağlı şayiələrə reaksiya gəldi
“Yuventus”un baş məşqçisi Luçano Spalletti “Aston Villa”nın qapıçısı və 2022-ci il dünya çempionu Emiliano Martineslə maraqlandıqları barədə yayılan xəbərlərə münasibət bildirib .
Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” qəzeti Spallettidən sitat gətirib:
“O, klubunu dəyişmək istəyən qapıçıdır və biz də titullar uğrunda mübarizə aparmaq istəyirik. Baxmayaraq ki, bizim hazırda artıq iki qapıçımız var”.
Ötən mövsüm Martine bütün yarışlarda 44 oyun keçirib və 14 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 12 milyon avrodur.
Aut.az
