Dünya futbolu

Rusiyada kasıblıqdır: Görün oyunun ən yaxşısına nə verdilər – FOTO

“Fakel”in futbolçusu İlnur Alşin Rusiya Premyer Liqasının “Dinamo Mahaçqala” ilə oyununda (1-2) Voronej komandasının ən yaxşı oyunçusu olduğuna görə mükafat olaraq 15 kq pendir aldı.

Oyun Voronejdəki “Fakel” stadionunda baş tutub.

Aut.az xəbər verir ki, “Fakel”in mətbuat xidməti komandanın “Telegram” kanalında verdiyi açıqlamada bildirib:

“Bu ağırdır, 15 kiloqramdır, kapitanın yükü qədər ağırdır, amma əgər kimsə bunun öhdəsindən gələ bilirsə, bu, mütləq İlnurdur”.

“Fakel” 2025/2026 Pari Liqası mövsümünün yekun turnir cədvəlində ikinci yeri tutduqdan sonra Rusiya Premyer Liqasına qayıdıb.

Aut.az

Rusiyada kasıblıqdır: Görün oyunun ən yaxşısına nə verdilər – FOTO