Dünya futboluİngiltərəİspaniya

PSJ də hərəkətə keçdi – “Real”ı üstələyə biləcək?

PSJ “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer etmək imkanlarını araşdırır.

Aut.az “RMC Sport”a istinadla xəbər verir ki, parislilər 30 yaşlı yarımmüdafiəçinin mümkün transferi ilə bağlı ingilis klubuna müraciət ediblər.

PSJ əvvəlcə Rodri ilə müqavilə imzalamaq planında deyildi. Lakin klub müqaviləsinin bitməsinə bir il qalmış ispaniyalı oyunçunun potensial gedişini bazar fürsəti kimi qiymətləndirir.

Lakin Rodrinin PSJ- yə keçidi çətin hesab olunur. Yarımmüdafiəçi “Siti” ilə müqavilənin uzadılmasına razılıq verməyib.

Onunla “Real Madrid” maraqlanır.

Aut.az