Neymar qol vurdu, “kart paylayaraq” qeyd etdi – FOTO
“Santos”un hücumçusu Neymar Braziliya Çempionatının 20-ci turunda “Şapekoense”yə qarşı 2-2 hesabı ilə başa çatan matçda iki qol vurub.
Aut.az xəbər verir ki, hücumçu qollarından birini oyun kartlarını paylamağı və qolf oynamağı təqlid edərək qeyd edib.
Neymar əvvəllər San-Pauluda keçirilən poker turnirində iştirak etdiyinə görə sosial mediada tənqidlərlə üzləşmişdi.
Neymar “Santos”un həm Braziliya Çempionatında, həm də Cənubi Amerika Kubokunda son oyunlarında oynamayıb. Neymar bu mövsüm 16 klub matçında səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. 20 oyundan sonra “Santos” Seriya A turnir cədvəlində 22 xalla 14-cü yerdədir.
Aut.az
/i/j/b/17850594402127893260.png)
/i/h/z/17850595121523216206.jpg)
/i/i/w/1785059524500816160.jpg)
