Dünya futboluİspaniya

Onun transferi haqda xəbər yayıldı, “Atletiko”nun mağazalarında basabas yarandı

Koreyalı yarımmüdafiəçi Li Kan-İnin PSJ-dən transferi ilə bağlı şayiələr fonunda “Atletiko Madrid” formalarının satışı artıb.

Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, yalnız bütün sənədləşmə işlərinin yekunlaşması rəsmi transfer elanını gecikdirir.

Mənbənin məlumatına görə, Li tibbi müayinədən bir həftə əvvəl keçib. Onun “Atletiko” ilə müqaviləsinin şərtləri, o cümlədən imic hüquqlarının incə detalları dəqiqləşdirilib.

“Atletiko”nun məhsullarının satışları həm Cənubi Koreyada, həm də Madriddə kəskin şəkildə artıb. Klub mağazaları yeni transferin hansı nömrəli formanı geyinəcəyi barədə soruşan müştərilərlə dolub-daşır.

Aut.az