Li rəsmən “Atletiko”da
“Atletiko Madrid” PSJ və Cənubi Koreya millisinin hücumameylli yarımmüdafiəçisi Li Kan İnin transferini açıqlayıb.
Aut.az xəbər verir ki, 25 yaşlı futbolçunun “hindular”la müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.
Daha əvvəl Linin transferinin “Atletiko “ya 40 milyon avroya başa gələcəyi bildirilirdi .
Kan İn 2023-cü ildən PSJ -də oynayırdı. O, ötən mövsüm parislilərin heyətində 39 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
