Dünya futbolu

Bekhemin oğlundan qalmaqallı paylaşım: Hər şeyi birlikdə edirik

Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklin həyat yoldaşı Nikola Pelts ilə video paylaşıb və pərəstişkarlarının tənqidi ilə üzləşib.

Aut.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Yayımlanan görüntülərdə cütlüyün idman zalında qaçış trenajorunda gəzdiyi görünür. 7 ürək emojiləri ilə müşayiət olunan məşq videosunun başlığında “Bəli, hər şeyi birlikdə edirik” deyilir.

Nəşrin redaktorları qeyd ediblər ki, fanatlar videonu bəyənməyiblər və onu “utancverici” adlandırıblar.

Əksəriyyət Bruklinin valideynlərinə qarşı çıxmasının yolverilməz olduğunu qeyd edib.

Yanvar ayında Bruklin Bekhem valideynləri ilə mübahisəsinin təfərrüatlarını açıqlayaraq, aylarla şəxsi həyatı naminə susduğunu iddia etmişdi.

Aut.az

Nikola Peltz və Bruklin Bekhem