Onlar bizim üçün çempiondurlar – Argentinada futbolçuları belə qarşıladılar
DÇ-2026-dan sonra ABŞ-dan vətənə qayıdan Argentina millisini minlərlə azarkeş qarşılayıb.
Aut.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Buenos-Ayres hava limanında komanda üçün qırmızı xalça salınıb. Patrikisios alayının orkestri komandanın 2022-ci il Dünya Kubokundakı qələbəsindən sonra simvola çevrilən qeyri-rəsmi himni olan “Muchachos”u ifa edib. Oyunçular və baş məşqçi Lionel Skaloni təyyarədən avtobusa qədər xalça boyunca gəziblər.
Minlərlə azarkeş əllərində bayraqlar və şüarlar tutaraq küçələrə çıxaraq “Bizim üçün onlar çempiondurlar” şüarlarını səsləndiriblər. Paytaxtın kənarındakı Argentina Futbol Assosiasiyasının məşq meydançasına gedərkən azarkeşlər komandanı alqışlamağa davam ediblər.
Argentina 2026-cı il Dünya Kubokunun finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
Aut.az
