Dünya futboluİspaniya

Avropa nəhəngləri ABŞ-a yığışır: “El Klasiko” da olacaq

“Real”, “Barselona”, “Çelsi”, “Mançester Siti” və “Milan” yayda ABŞ-da keçiriləcək mövsümöncəsi turnirdə iştirak edəcək.

Aut.az xəbər verir ki, “Soccer Champions Tour 2024” adlanan yarış iyulun 27-dən avqustun 6-dək 6 şəhərdə baş tutacaq.

İspanya nəhəngləri – “Real” və “Barsa” arasında baş tutacaq “El Klasiko” avqustun 3-də keçiriləcək.

Turnirin oyun cədvəli:

27 iyul: “Mançester Siti” – “Milan” (Yanki Stadionu” – Nyu-York);

30 iyul: “Barselona” – “Mançester Siti” (“Camping World” -Orlando);

31 iyul: “Milan” – “Real” (“Soldier Field”- Çikaqo);

​​3 avqust: “Real” – “Barselona” (“MetLife Stadium” – Nyu Cersi);

6 avqust: “Barselona” – “Milan” “M&T Bank Stadium” – Baltimor);

6 avqust: “Real” – “Çelsi” (“Bank of America Stadionu – Şarlotta).

Aut.az