İslamın menecerindən çağırış: Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…
UFC çempionu (77 kq-a qədər) İslam Mahaçevin meneceri Əli Əbdüləziz dağıstanlının irlandiyalı İan Harri ilə qarşıdakı döyüşü barədə danışıb.
Aut.az xəbər verir ki, Əbdüləziz “X” sosial media hesabında yazıb:
“İslamın rəqibinin dediklərinə qulaq asdım. Və budur faktlar. Onun son üç döyüşdə nəticəsi 2-1-dir.
Prates onu az qala nokaut edəcəkdi, qonq xilas etdi. Onun UFC-də 10 qələbəsi var, bunlardan səkkizi hakim qərarı ilədir.
Kimsə bu oğlanı özünə gətirməlidir, çünki o, məğlub olacaq”.
Harri ilə Mahaçev arasında döyüş avqustun 16-da Filadelfiyada (ABŞ) UFC 330 turnirində baş tutacaq.
Aut.az
