Dünya futbolu

Gələcəyi ilə bağlı ikibaşlı açıqlama – Fikrini dəyişib?  

Dünya Kubokunun finalında Argentinanın İspaniyaya məğlubiyyətindən sonra Lionel Skaloni ilin sonunda, müqaviləsinin müddəti bitdikdən sonra vəzifəsindən ayrılacağını açıqladı.

Aut.az xəbər verir ki, indi isə jurnalistlərin suallarını cavablandıran Skaloni qərarının yenidən nəzərdən keçirilə biləcəyinə işarə edib:

“Mənim gələcəyim? Bu, belə bir turnirdən sonra yenidən qiymətləndirə biləcəyimiz bir şeydir. Dekabr ayına qədər buradayıq. Ən əsası odur ki, insanlar komandanın hər şeyi verdiyini, milli komandanın birlik və əlaqəyə malik olduğunu anladılar”, – deyə Skaloni “Mundo Deportivo”ya bildirib.

Aut.az