İtaliya

Tottidən iddia: O, mənimlə oyandıqdan sonra bir nömrə oldu

İtaliya futbolunun əfsanəsi Françesko Totti “Böyük Dəbilqə”nin beşqat çempionu və dünyanın bir nömrəli tennisçisi Yannik Sinnerə müsbət təsiri ilə bağlı zarafatyana bir şərh verib.

Aut.az xəbər verir ki, Totti “Voci di Calcio” “YouTube” kanalındakı videoda bildirib:

“Zarafat deyil… O, mənimlə padel oynatdıqdan sonra dünyanın bir nömrəli tennisçisi oldu. Bəziləri bunun təsadüf olduğunu deyə bilər, amma…!

Hər kəs buna görə məsuliyyət daşıya bilər. Bunu əvvəllər heç vaxt deməmişəm, amma bu gün deyəcəyəm. Onunla bir neçə dəqiqə oynadım, ona bir neçə fənd və hərəkət göstərdim və o, bacardı”.

Aut.az