Azərbaycan futbolu

“Qəbələ” nigeriyalı futbolçu ilə müqavilə bağladı – Rəsmi

“Qəbələ” klubu nigeriyalı futbolçu Uboçioma Meşakla anlaşıb.

Aut.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

24 yaşlı vingerlə 1+1 illik müqavilə bağlanıb.

Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edb.