Bakı Olimpiya Stadionu ən yaxşılar arasında
“FourFourTwo” nəşri dünyanın ən yaxşı 100 stadionunun siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, cədvəldə Azərbaycandan Bakı Olimpiya Stadionu (BOS) da yer alıb. İdman qurğusu 41-ci sırada qərarlaşıb.
BOS 2015-ci ildə istifadəyə verilib. Arenanın tutumu 69, 870 nəfərdir.
Dünyanın ən yaxşı stadionu isə “Boka Xuniors”un ev oyunlarını keçirdiyi “La Bombonera” seçilib.
