Dünya futbolu

“Portu”nun yetirməsi 26 yaşında öldü

“Porto”nun keçmiş mərkəz yarımmüdafiəçisi Usalif İndi 26 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, “Record”un məlumatına görə, faciə 20 iyul bazar ertəsi axşamı Fafe şəhərində baş verib. Məlumata görə, futbolçu qaçış zamanı ölüb. O, huşunu itirib və yoldan keçən bir nəfərin diqqətini cəlb edib. Həmin şəxs tərəddüd etmədən təcili yardım çağırıb. Lakin xilasetmə xidmətinin səylərinə baxmayaraq, futbolçu hadisə yerində ölüb.

İndi ikili vətəndaşlığa sahib idi – Qvineya və Portuqaliya vətəndaşlığı. O, “Portu” akademiyasının yetirməsi idi və 2017/18 mövsümündə “əjdahalar”ın 19 yaşadək komandasında oynayıb. Karyerası ərzində yarımmüdafiəçi həmçinin bir neçə Portuqaliya komandasında da oynayıb. 2025-ci ilin əvvəlindən bəri o, Estoniyanın “Harju” klubunda oynayıb.

Aut.az