Azərbaycan futbolu

“Səbail”dən növbəti transfer

Yeni mövsümdən I Liqada iddialılardan olacaq “Səbail” növbəti transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, paytaxt təmsilçisi heyətini Nail Alışovla gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq “Şahdağ Qusar”da çıxış etmiş 25 yaşlı qapıçı Nail Alışovla 1 illik müqavilə imzalanıb.