Proqnozlar alt-üst oldu – FİFA rekord məbləğdə gəlir əldə etdi
FİFA-nın 2026-cı il Dünya Kubokundan əldə etdiyi gəlir gözləntiləri üstələyib.
Aut.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) rekord həddə – 15 milyard dollar gəlir əldə edəcək. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Təşkilatın rəhbərliyi əvvəlcə gəlirlərin 11 milyard dollar olacağını proqnozlaşdırmışdı.
Mənbələrə görə, yekun gəlir əsasən matç biletlərinin satışı və təkrar satışı sayəsində gözləntiləri üstələyib. FİFA həm alıcıdan, həm də satıcıdan təkrar satış biletlərinə görə 15% komissiya alır.
Aut.az
