Tramp Messi, Ronaldo və Keyni təriflədi: Tuxelin səhv etdiyini dedi
ABŞ prezidenti Donald Tramp argentinalı Lionel Messi, portuqaliyalı Kriştiano Ronaldo və ingilis Harri Keynin çıxışını yüksək qiymətləndirib.
Aut.az xəbər verir ki, Tramp Dünya Kubokunun finalı ərəfəsində deyib:
“Messi çox yaxşıdır. O, Əlcəzairə qarşı het-trik etdi və başa düşdüyüm qədəri ilə bu, çox nadir haldır.
Böyük oyunçular xüsusi bir hədiyyə ilə doğulurlar. Ronaldonun da onlardan biri olduğunu bilirəm. Onu tanıyıram, o, əla insandır.
İngiltərədə qolf oynadığım əla bir oyunçu da var. Harri Keyn fantastikdir. Düşünürəm ki, onu müdafiəyə çəkmək səhv idi”.
Aut.az
