Asim Xudiyevə UEFA-dan təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) – “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 22-də, Pançevo şəhərində yerləşən “Mladost” stadionunda keçiriləcək.
