Dünya futboluTennis

İnfantino əfsanə haqda çəkilmiş filmin premyerasında – FOTO

FİFA prezidenti Canni İnfantino “Böyük Dəbilqə”nin 24 qat çempionu, serbiyalı tennisçi Novak Cokoviç haqqında sənədli filmin Nyu-York premyerasına qatılıb.

Aut.az xəbər verir ki, bu barədə İnfatino özü sosial media səhifəsində məlumat paylaşıb.

İnfantino serblə çəkdirdiyi fotoya “Tennis ulduzu ilə tanış olmaq necə də xoşdur! Novak Cokoviç haqda çəkilmiş sənədli filminin premyerasında”, – deyə şərh yazıb.

Cokoviç haqqında sənədli film 20 avqust 2026-cı ildə “Amazon Prime striminq” platformasında yayımlanacaq. Filmdə tennisçinin müharibənin dağıtdığı Serbiyadakı uşaqlığı, ailəsinin karyerasını inkişaf etdirmək üçün çəkdiyi maddi çətinliklər və Rocer Federer-Rafael Nadal rəqabətinin kölgəsində tennis dünyasına necə daxil olması əks olunacaq. Filmin rejissoru Maykl Cordan və Ceyson Heyrdir.

Aut.az

İnfantino əfsanə haqda çəkilmiş filmin premyerasında - FOTO