Dünya futbolu

Qapıçı topdaşıyan uşağı yerə yıxdı, polis işə qarışdı – VİDEO

Şimali İrlandiya çempionatında “Kliftonvil” və “Kerrik Reyncers” komandaları arasında keçirilən futbol matçı (3:) qalmaqalla gündəmə gəlib.

Aut.az xəbər verir ki, buna səbəb qonaqların qapıçısı Cek Makintayrın topdaşıyan uşağı itələyərək yerə yıxması olub.

Hadisə birinci hissədə Makintayrın qapı zərbəsi üçün topu uşaqdan almağa tələsərkən baş verib. 22 yaşlı qapıçı topu ona gec atan oğlana aqressiv reaksiya verib və onu yerə yıxıb. Bu da “Kliftonvil”azarkeşlərinin qəzəbinə səbəb olub.

“The Sun”ın məlumatına görə, polis və Şimali İrlandiya Futbol Assosiasiyası (IFA) məsələni diqqət mərkəzində saxlayır. Matçdan sonra yerli polisi orqanı hücum barədə məlumat aldığını bildirib. İFA-dan isə hadisənin araşdırılması üçün İntizam Komitəsinə göndərildiyi bildirilib.

Qeyd edək ki, Cek Makintayr “Mançester Siti”, “Everton” və “Sanderlend” kimi klubların akademiyasında çıxış edib. Lakin İngiltərədə peşəkar səviyyədə debüt etməyib.

Aut.az