“Zirə”dən Liqa 1 klubunda
“Zirə”dən ayrılan Ayron Qomisin yeni klubu məlum olub.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi “Trua”ya keçib. Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qomis 2024-2026-cı illərdə “Zirə”nin formasını geyinib.
“Trua” Fransa Liqa 1-də mübarizə aparır.
