Dünya cempionatı

Tarixdə ilk: DÇ-nin qaliblərinə çempionluq üzükləri veriləcək

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il Dünya Kubokunu qazanan komandanın oyunçuları və məşqçiləri üçün xüsusi mükafatlar hazırlayıb.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Dünya Kubokunun qalibləri çempionluq üzükləri alacaqlar. Bu ənənə müxtəlif idman növləri üzrə peşəkar Amerika liqaları arasında geniş yayılıb.

Üzüklər məhdud sayda, 2026 ədəd olmaqla istehsal olunacaq. Qalib komandanın məşqçi və oyunçularına otuz üzük veriləcək, qalan üzüklər isə satışa çıxarılacaq.

Aut.az