Dünya cempionatı

DÇ-2026-nın seçmə mərhələsinin püşk atmasında yenilik: Format dəyişdirildi

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə qruplarının püşkatma mərasimi dekabrın 13-də keçiriləcək.

Aut.az xəbər verir ki, tədbir onlayn formatda iştirakçı ölkələrin nümayəndə heyətlərinin və jurnalistlərin Sürixdə iştirakı olmadan baş tutacaq.

Lakin bu, yekun olmayacaq. Çünki bir sıra iştirakçı komandalar yalnız 2025-ci ilin yazında Millətlər Liqası başa çatdıqdan sonra müəyyənləşəcək. Yarışların tam təqvimi yalnız 2025-ci ilin yayında məlum olacaq. Bir və ya bir neçə seçmə qrupda komandalar sentyabrdan noyabr ayına kimi bütün oyunlarını keçirə bilərlər.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə olaraq mundialda 48 komanda iştirak edəcək.

Aut.az