“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi
“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Aut.az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” (İslandiya) komandasını mübarizədən kənarlaşdırsa, ÇSKA (Bolqarıstan) kollektivi ilə qarşılaşacaq.
Bolqarıstan təmsilçisi I təsnifat mərhələsində İrlandiyanın “Derri Siti” komandasını iki oyunun ümumi nəticəsinə əsasən 5:3 hesabı ilə məğlub edərək “Qarabağ”ın potensial rəqibinə çevrilib.
