Azərbaycan futbolu

Azər Bağırov: “Üzərimizdə psixoloji basqı yox idi”

“Kəpəz” Azərbaycan Premyer Liqasının 34-cü turunda Tovuz şəhər stadionunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı oyun oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq uşaqlar yaxşı mübarizə apardılar. Bütün “Kəpəz” camiəsini təbrik edirəm.

– Komanda Premyer Liqada qalmağı təmin etmişdi. Dünən həm də klubun yeni sponsoru açıqlandı. Bu amillərin komandanın motivasiyasına təsiri oldu?

– Hər ikisi ola bilər. Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi.

– Növbəti mövsümün planları cızılmağa başlayıb?

– Yaxın vaxtlarda bu sualların hamısına cavab verəcəyik.