Qaydasız döyüş

O da Şöhrət Zalında olacaq

Keçmiş UFC çempionu Vitor Belfort promosyonun Şöhrət Zalına daxil ediləcək.

Aut.az xəbər verir ki, bu barədə Kanadada keçirilən UFC turniri zamanı məlumat verilib.

Belfort 1997-ci ildən UFC-də yarışıb və ağır çəkidə UFC 12  turnirinin qalibi olub.

Daha sonra 2004-cü ildə Rendi Ktyuro üzərində qələbə qazanaraq orta ağır çəkidə çempion olub və daha üç titul döyüşü keçirib: 2011-ci ildə orta çəkidə Anderson Silvaya, 2012-ci ildə Consa qarşı orta ağır çəkidə və 2015-ci ildə orta çəkidə Kris Vaydmana qarşı.

Belfort UFC tarixində ilk raundda ən çox qələbə rekorduna sahibdir (13).

Aut.az