İraola təsdiqlədi: Salahın yerinə, amma başqa keyfiyyətdə futbolçu axtarırlar
“Liverpul”un baş məşqçisi Andoni İraola Məhəmməd Salahın gedişindən sonra klubun yeni vingerlə müqavilə imzalamağa hazırlaşdığını təsdiqləyib.
Aut.az xəbər verir ki, eyni zamanda, ispan mütəxəssis qeyd edib ki, mersisaydlılar eyni keyfiyyətlərə malik futbolçu axtarmırlar.
“Bizə bu mövqedə, amma yəqin ki, fərqli keyfiyyətlərə malik bir oyunçu lazımdır. Onun mütləq Məhəmməd Salahla eyni güclü tərəflərə sahib olması vacib deyil. O, komandanı öz yolu ilə gücləndirə biləcək və biz mütləq bunun üzərində işləyirik”, – İraola “Stan Sport”a bildirib.
Aut.az
