Qaydasız döyüş

Həbib onların hər ikisini bir gecədə məhv edərdi – Zahabi kimləri deyir?

Avstraliyalı UFC döyüşçüsü Robert Uittakerin məşqçisi Firas Zahabi UFC əfsanəsi Həbib Nurməhəmmədovun səviyyəsindən danışıb .

Aut.az xəbər verir ki, Zahabi YouTube kanalında bildirib:

“Düşünürəm ki, Həbib hələ də hamıdan irəlidədir. Məsələ təkcə onun müasir əfsanə olmasında deyil – düşünürəm ki, yenə də hamını məğlub edərdi. O, Qetceni, Topuriyanı məğlub edərdi. Əgər o, Topuriya ilə beş raundluq , sonra isə həmin gecədə Qetce ilə beş raundluq döyüş keçirsəydi, hər ikisini məhv edərdi”.

Həbib Nurməhəmmədov 2020-ci ildə UFC-nin yüngül çəki çempionu kimi karyerasını başa vurub.

Aut.az