Cavid İmamverdiyev “Ağstafa”da
Azərbaycan millisinin sabiq üzvü, 36 yaşlı Cavid İmamverdiyev karyerasını “Ağstafa” klubunda davam etdirəcək.
Aut.az xəbər verir ki, Təcrübəli hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, uzun illər Azərbaycan Premyer Liqasında çıxış edən İmamverdiyev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Sabah”, “Keşlə”, “Kəpəz”, “Şəki” və digər klubların formasını geyinib.
#ağstafagənclərifk
