Azərbaycan futbolu

“İnter” və “Sumqayıt” qalib gəldi

Minifutbol üzrə Azərbacan çempionatında 9-cu turun matçları keçirilib.

Aut.az xəbər verir ki, çempionatın favoritlərindən olan “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gəlib. Bu matçda “Zirə” qələbə qazanıb.

Azərbaycan milli komandasının sabiq futbolçularından təşkil olunmuş “İnter” isə “Atəşgah Suraxanı”dan güclü olub.

6 fevral

“Veteran” – “Aznur” 4:8
“Real Bakı” – “Odlar Yurdu” 3:6
“Zirə” – “Birbaşa Bakı” 4:1
“Siyəzən” – “Turan” 2:3

7 fevral

“Dinamo Gəncə” – “Sumqayıt” 2:4
“Galaxy Baku” – “Dirçəliş” 4:2
“Atəşgah Suraxanı” – “İnter” 5:6
“Baku Fire” – “Abşeron” 4:1