Başqa həyat yaşamaq istəyirəm – Qvardioladan etiraf
“Barselona”, “Bayern” və “Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola karyerasını bərpa etmək fikrində olmadığını etiraf edib.
Aut.az xəbər verir ki, Qvardiolanın sözlərini “Sky Sport” sitat gətirib:
“Zehni olaraq heç nəyə ehtiyacım yoxdur. Məşqçiliyə 37 yaşımda başladım və bütün həyatım futbolla bağlı olub. İndi həyatı yeni bir şəkildə yaşamağa, futbolla əlaqəsi olmayan digər şeylərdən məmnun olmağa çalışmaq istəyirəm. İşimi sevirəm, amma elə bir vaxt gəlir ki, fasilə verməli olduğunuzu hiss edirsiniz. Bəlkə də bir gün oyanıb deyəcəyəm: “Yaxşı, məşqlərə qayıtmaq istəyirəm”. Darıxdığımı hiss etməliyəm və hazırda özümü belə hiss etmirəm.
Həyatımın bundan sonra necə olacağını anlamağa çalışıram. Özümə bir az daha çox diqqət yetirmək istədiyim üçün dayanmaq qərarına gəldim. Uşaqlarım və 95 yaşı olan və bizimlə yaşayan atamla daha çox vaxt keçirmək istəyirəm. Tezliklə 56 yaşım olacaq, gənc deyiləm və perspektivlərim bir az dəyişir. Dayandıqdan sonra hələ də uyğunlaşıram, amma hər şey yaxşı gedir”.
Aut.az
