Dünya cempionatıİspaniya

“Barselona”  DÇ-də iştirak edən oyunçularına görə bu qədər qazanacaq

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) “Barselona”ya 16 oyunçusunun 2026-cı il Dünya Kubokunda iştirakı üçün 2,8 milyon avro ödəyəcək.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu 2022-ci illə müqayisədə daha az alacaq. O zaman “Blaugrana”ya oyunçularının Dünya Kubokunda iştirakına görə 4,4 milyon avro ödənilmişdi.

Vurğulanır ki, bütün klublar hər seçmə oyununda iştirak edən hər bir oyunçu üçün, oyunçunun bir dəqiqə belə oynayıb-oynamamasından asılı olmayaraq, 2362 dollar (2063 avro) alacaqlar.

2026-cı il Dünya Kuboku ilə bağlı ödənişlər isə təlim-məşq düşərgəsinin ilk günündən milli komandanın turnirin final oyunundan sonrakı günə qədər oyunçu başına gündə 4330 avroya qədər artacaq.

Aut.az