Abbasdan Salahın gələcəyi ilə bağlı açıqlama: Tezliklə…
“Liverpul”un keçmiş hücumçusu Məhəmməd Salahı təmsil edən futbol agenti Rami Abbas 34 yaşlı futbolçunun gələcəyi ilə bağlı danışıb.
Misirli futbolçu ötən mövsümün sonunda “Liverpul”dan ayrılıb.
Aut.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano Abbasın sözlərini sitat gətirib:
“Məhəmmədin gələn mövsüm harada oynayacağını hələ də bilmirik… Amma bəlkə də tezliklə biləcəyik”.
Daha əvvəl “Beşiktaş” və “Fənərbağça”nın Salahla maraqlandığı bildirilirdi. Mediada həmçinin misirli futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi də bildirilirdi. Avropanın ən yaxşı beş liqasından “Atletiko Madrid”in də 34 yaşlı hücumçu ilə maraqlandığı deyilir.
Aut.az
