Hidayət Heydərov DÇ-də hansı çəkidə mübarizə aparacaq?
Azərbaycan cüdoçusu Hidayət Heydərovun Bakıda keçiriləcək dünya çempionatında yarışacağı çəki dərəcəsi məlum oldu.
Aut.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yarışa hazırlıqla bağlı təşkil olunan mətbuat konfransında onun 73 kq çəki dərəcəsində yarışacağını dedi:
“Hidayət bir turnirdə 81 kq-da yarışdı. Məşqçilərlə məsləhətləşəndən sonra qərara gəldik ki, özünü bu çəkidə sınasın. Ancaq bu, o demək deyil ki, dünya çempionatında da belə olacaq. Hidayət Bakıdakı yarışda 73 kq çəki dərəcəsində mübarizə aparacaq”.
Hidayət Çinin Sindao şəhərində keçirilən Qran-pridə 81 kq-da yarışıb və bürünc mükafat qazanıb.
