Qalmaqal: Qadın idmançı rəqibini dişlədi
Əbu-Dabidə keçirilən Böyük Dəbilqə yarışlarının 1/8 finalında fransalı cüdoçu Lea Fontenbulun açıq-aşkar idman əleyhinə jestinə görə diskvalifikasiyası zamanı əsl qalmaqal yaşanıb.
Aut.az xəbər verir ki, italiyalı Erika Simonetti ilə mübarizə iki dəqiqədən də az çəkib, tatamidə vəziyyət qəfildən nəzarətdən çıxıb.
+78 kq çəki dərəcəsində mübarizə kifayət qədər sakit başlayıb – cəmi 59 saniyədən sonra hər iki idmançı passivliyə görə şido ilə cəzalandırılıb. Bununla belə, döyüş qızışmağa başlayanda tamaşaçıları şoka salan hadisə baş verib: Simonetti rəqibinin onun əlini dişlədiyini iddia edib.
Hakim dərhal döyüşü dayandırıb, italyan diş izini göstərib və tibbi yardım aldı. Tatamiyə qayıtdıqdan sonra hakimin qərarı aydın olub : Lea diskvalifikasiya edilib, hakim bunu dişləməni göstərən xüsusi jestlə təsdiqləyib.
İnsident artıq beynəlxalq cüdo qurumlarının diqqətini cəlb edib və onlar indi vəziyyəti dəyərləndirməli, idmançının əlavə intizam cəzası ilə üzləşib-üzləşməyəcəyinə qərar verməlidirlər.
Aut.az
