Digər

Azərbaycan üzgüçüsü Sofiyadakı turnirdə gümüş medal qazandı

Azərbaycanın yeniyetmə üzgüçüsü Mehri Ağayeva (8 yaş) Bolqarıstanda keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində gümüş medal qazanıb.

Aut.az xəbər verir ki, O, bir metr tramplindən sula tullanma növündə buna nail olub.

İdmançımız 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.

Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Azərbaycan millisi Sofiyadakı yarışda 7 idmançı ilə təmsil olunur.