“Qalatasaray” ukraynalı istedadı alır? – Agenti deyir ki…
Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenkonun agenti klub rəhbərliyinin onun Türkiyənin “Qalatasaray” klubuna transfer olunmasına razılıq verməsi ilə bağlı şayiələrə münasibət bildirib .
Aut.az xəbər verir ki, onun sözlərini “Football 24” sitat gətirib.
Futbolçunun nümayəndəsi Maksim Karaqodin bu məlumatı təkzib edib.
“Bu cəfəngiyatdır. Mən heç bir danışıqlarla bağlı şərh vermirəm”, – Ponomarenkonun agenti deyib.
20 yaşlı hücumçunun “Dinamo” ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir. “Transfermarkt” Matveyin dəyərini 12 milyon avro qiymətləndirir.
Hücumçu 2024-cü ilin yayında Kiyevin əsas komandasına qoşulub. O vaxtdan bəri o, 37 matçda 18 qol vurub və 1 məhsuldar ötürmə edib, ölkə çempionu (2024/25) və Ukrayna Kubokunun qalibi (2025/26) olub.
Aut.az
