Firminonun yeni klubu açıqlandı
“Liverpul”un sabiq hücumçusu Roberto Firmino böyük ehtimalla karyerasını Qətər klubunda davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı braziliyalı forvard artıq “Əl-Sədd” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Firmino 2023-cü ilin yayından bəri Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında çıxış edirdi. O, bu müddət ərzində 65 oyunda 21 qol vurub və 17 məhsuldar ötürmə verib.
Aut.az
